Putin Avropa şirkətlərini “Şimal axını-2” layihəsində iştiraka çağırıb

Putin Avropa şirkətlərini “Şimal axını-2” layihəsində iştiraka çağırıb
# 25 may 2018 15:03 (UTC +04:00)

Moskva “Şimal axını-2” qaz kəməri layihəsinin iştirakçılarının tərkibini genişləndirməyə hazırdır.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Sankt-Peterburq İqtisadi Forumunda keçirilən “Rusiya-Fransa” biznes-dialoqunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

"Fransanın "Engie" şirkəti "Şimal axını-2" layihəsində iştirak edir. Biz, o cümlədən “Total”ın simasında, bu layihənin bütün iştirakçılarını salamlayırıq. Bu siyahını digər Avropa şirkətlərinin hesabına genişləndirə bilərik. Ona görə ki, “Şimal axını-2” həqiqətən də ümumavropa layihəsidir”, - deyə o, qeyd edib.

V. Putinin sözlərinə görə, Rusiya Avropaya qaz ixracının hazırkı buraxılış sisteminin liberallaşdırılması üzərində fikirləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR