Azərbaycanda ən çox korrupsiya mənzil-tikinti sektorundadır

Azərbaycanda ən çox korrupsiya mənzil-tikinti sektorundadır
# 25 iyul 2018 08:36 (UTC +04:00)

Bu il Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan sahələr açıqlanıb.

APA-nın məlumatına görə, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.

Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR