Sankt-Peterburqda yaşayış binasında partlayıcı qurğu tapılıb

Sankt-Peterburqda yaşayış binasında partlayıcı qurğu tapılıb
# 06 aprel 2017 10:34 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış evlərinin birində partlayıcı qurğu tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Nevskiy rayonunda tapılan partlayıcı qurğu zərərləşdirilib.

Partlayıcı qurğunu zərərləşdirmək üçün yaxınlıqdakı yaşayış binasının sakinləri təxliyə edilib. Onlar uşaq bağçaların birinin idman zalına yerləşdirilib.

Şübhəli əşyanı mənzillərin birində Federal Təhlükəlilik Xidmətinin əməkdaşları aşkar edib. Binadan əlləri qandallanaraq üç nəfərin çıxarıldığı bildirilir.

Nevskiy rayon administrasiyasının rəhbəri Konstantin Serovun sözlərinə görə, artıq sakinlər mənzillərinə qayıda bilər.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR