Əl-Babda 5 türk əsgəri həlak olub - YENİLƏNİB

Əl-Babda 5 türk əsgəri həlak olub - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2017 13:24 (UTC +04:00)

Bu gün Suriyanın Əl Bab qəsəbəsində Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə İŞİD terrorçuları arasında baş verən döyüşdə həlak olan əsgərlərin sayı 5-ə çatıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, döyüşlər hələ də davam edir.

Xatırladaq ki, bir gün əvvəl də türk ordusu 5 əsgərini itirmişdi. Ümumilikdə "Fərat qalxanı" əməliyyatında Türkiyə indiyə qədər 66 hərbçi itirib.

***

Saat 13:18

“Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab qəsəbəsini İŞİD terrorçularından azad etməyə çalışan Türkiyə Silahlı Qüvvələri növbəti dəfə itki verib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında baş verən döyüşlərdə 1 əsgər həlak olub, 10-u yaralanıb. Yaralı əsgərlər Türkiyənin Kilis şəhərindəki xəstəxanaya çatdırılıb.

İŞİD mövqeləri yerdən və havadan bombalanıb.

Xatırladaq ki, fevralın 8-də Əl-Bab ətrafındakı toqquşmalarda 5 türk əsgəri həlak olmuşdu. Ümumən “Fərat qalxanı” əməliyyatında həlak olan türk hərbçilərinin sayı 62-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR