Vüqar Şixəmmədov: "Xalça Muzeyi ətrafında baş verən narazılıqlar nazirlikdə diqqət mərkəzindədir”

Vüqar Şixəmmədov: "Xalça Muzeyi ətrafında baş verən narazılıqlar nazirlikdə diqqət mərkəzindədir”
# 03 sentyabr 2015 13:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Xalça Muzeyi ətrafında baş verən narazılıqlarla bağlı nazirlikdən məlumat var və bu məsələ diqqət mərkəzindədir”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalara başlanıb: “Hadisə diqqət mərkəzindədir, hazırda araşdırmalar aparılır. Nəticələr əldə olunan kimi ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeyin direktoru Röya Tağıyevaya qarşı bir sıra ittihamlar səsləndirib. İttihamlarda Xalça muzeyində mənimsəmələrin olduğu və direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddia olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR