Xırdalanda yanğın olub, iki azyaşlı xəsarət alıb

Xırdalanda yanğın olub, iki azyaşlı xəsarət alıb
# 08 dekabr 2014 18:13 (UTC +04:00)

Bakı – APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus evin həyətində 15 kv.m sahəyə yığılmış tikinti materialları yanıb. Yanğın zamanı iki azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR