Mətbuat Şurası Şəkidə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” adlı konfrans keçirib - FOTOSESSİYA - VİDEO

Mətbuat Şurası Şəkidə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” adlı konfrans keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2014 10:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Şəkidə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” adlı konfrans keçirilib.

Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, Şurasının təşəbbüsü ilə keçirilən toplantıda MŞ-nın İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, Şəki ilə yanaşı ətraf bölgələrdə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş müşavirə ölkə həyatında mühüm hadisə kimi yadda qaldı: “Müşavirədə Ramiz Mehdiyevin qaldırdığı məsələlər, eləcə də açıqladığı konkret faktlar informasiya təhlükəsizliyi məsələsinin təkcə paytaxt KİV-i üçün deyil, eyni zamanda bölgə mətbuatı üçün də aktual tərəflərini ortaya qoydu. Bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri yerli ictimai rəyi formalaşdırmaq xüsusiyyətinə malikdirlər. Bu baxımdan onların hadisə və proseslərə yanaşma tərzindəki monolitlik də önəmli faktordur. Eyni zamanda bölgədə fəaliyyət göstərən jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə yanaşması mühüm əhəmiyyət daşımaqdadır. Bugünkü tədbirimiz də məhz onların fikir və düşüncələrini eşitmək istəyindən qaynaqlanır”.

Görüşdə çıxış edənlər Azərbaycanın informasiya təhlükəsizliyi məsələsinin ölkə miqyasında müzakirəsini vacib məqam kimi vurğulayıblar.

Toplantıda bölgə mətbuatı nümayəndələri də çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR