Balakəndə narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs saxlanılıb

Balakəndə narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs saxlanılıb
# 19 avqust 2014 08:26 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində “Xaş-xaş 2014” şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Əməliyyat tədbirləri nəticəsində rayonun Mahmalar kəndində 1952-ci il təvəllüdlü Ramazan İsa oğlu Zaxlayevin yaşadığı evin həyətyanı sahəsinin bostan-tərəvəz məhsulları əkilən hissəsində aqrotexniki qaydada qulluq edilmiş, hündürlüyü 1 m 15 sm-dən 2 m 20 sm-ə qədər olan 5 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Aşkar edilən narkotik bitkilər hal şahidlərinin iştirakı ilə maddi sübut kimi ərazidən yığılaraq götürülüb. Ramazan Saxlayevdən müvafiq izahat alındıqdan sonra rayonu tərk etməmək şərti ilə sərbəst buraxılıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR