Ukrayna Sərhəd Xidməti: Sərhəddə xeyli sayda Rusiya hərbi texnikası cəmləşib

Ukrayna Sərhəd Xidməti: Sərhəddə xeyli sayda Rusiya hərbi texnikası cəmləşib
# 30 iyul 2014 13:48 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya-Ukrayna sərhəd zonasında Rusiya ordusunun 50 tankı, 2 “Qrad” texnikası, 1 PDM və hərbçilərlə dolu 10 avtomobili cəmləşib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Sərhəd Xidmətinin yaydığı xəbərdə deyilir.

Qeyd olunur ki, Ukrayna sərhədindən 15 kilometr məsafədə, Starodub-Voronok istiqamətində 15 tank və 2 “Qrad”, 1 PDM və 2 yanacaq daşıyan maşından ibarət karvanın hərəkəti müşahidə olunur.

Xatırladaq ki, bu gün jurnalist Roman Boçkala Rusiya ərazisindən hərbi karvanın Ukraynaya keçdiyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR