Samuxda bıçaqlanma olub - VİDEO

Samuxda bıçaqlanma olub - <span style="color: red;">VİDEO
# 20 noyabr 2014 07:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Samux rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Gəncə şəhər Dəmir Yolu Nəqliyyatında Xətt Polisi şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən axşam Samux rayonunun Alabaşlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ağayev Məmməd Mehralı oğlu şəxsi münasibətlər zəminində tanışı, 1981-ci il təvəllüdlü İsgəndərov Eldəniz Məstan oğlu ilə mübahisə edərək onu bıçaqlayıb. E. İsgəndərov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər. M. Ağayev hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər Dəmir Yolu Nəqliyyatında Xətt Polisi şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR