Azərbaycanda 8 bank zərərlə işləyir

Azərbaycanda 8 bank zərərlə işləyir
# 05 sentyabr 2014 09:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bir il ərzində Azərbaycanda mənfəətlə işləyən bankların sayında azalma müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin avqustun 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 ədəd azalaraq 36 təşkil edib.

İyul ayını ölkədə fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəət, 8-i isə zərərlə başa vurub. 36 bankın əldə etdiyi cəmi mənfəət 292,82 mln. manat təşkil etdiyi halda, 8 bankın məcmu zərəri 38,45 mln. manata çatıb. Beləliklə, bank sisteminin cəmi mənfəəti 254,37 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 24,3% və ya 49,71 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR