Ötən ay Bakıda kirayə evlərin qiyməti azalıb - ARAŞDIRMA

Ötən ay Bakıda kirayə evlərin qiyməti azalıb - <span style="color: red;">ARAŞDIRMA
# 11 avqust 2014 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayında Bakı şəhərinin kirayə mənzil bazarında aktivliyin azalması nəticəsində qiymətlər 775 ABŞ dollar/mənzil-dən 10,58% azalaraq 693 dollar/mənzil, bazarda əməliyyatların sayı isə 170-dən 1,76% artaraq 174 ədəd təşkil edib.

APA-Economics”in məlumatına görə, "MBA Consulting Group"un paytaxtın kirayə mənzil bazarında apardığı son tədqiqatlar nəticəsinə görə, hər kv.m-ə görə isə kirayə haqqı 0,67% artaraq 11.95 dollar/kv.m-dən 12,03 dollar/kv.m-ə qalxıb. Lakin, nəzərə alsaq ki, iyul ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində azalma qeydə alınıb, o zaman hər kv.m-ə görə qeyd edilən artmanı normal hesab etmək olar. İyul ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı 17,5% azalaraq 18,5%, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə 28,6% artaraq 40,4% olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq 18,9% azalaraq 41,0% təşkil edib.

Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.

Ötən ay paytaxtın kirayə mənzil bazarında təklifin həcmi 4,3% azalaraq 178 mənzil təşkil edib. Təklif portfelində azalmanın əsas səbəbini əksər mənzil sahiblərinin mənzilin uzunmüddətli kirayə verilməsi üçün tələbə mövsümünü gözləməsi ilə izah edilir. Ay ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub.

Bu ilin iyul ayı ərzində təklif portfelinin strukturunda da dəyişiklik qeydə alınıb. Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000 dollardan yuxarı olan mənzillərin 80-85%-i mərkəzi rayonlarda, yəni I və II zonalarda təklif edilib. Qalan 15-20%-in mütləq hissəsini isə şəhərin III və IV zonalarında yerləşən mənzillər təşkil edib. Təklif portfelinin strukturunda uyğun dəyişiklik otaq sayında da müşahidə edilib.

Yalnız 2 otaqlı mənzillərin sayında artma qeydə alınıb, qalan mənzillərin hamısında isə azalmalar olub. Bazarda qiymətlərin dəyişməsi də təklif portfelində sayın dəyişməsi ilə düz mütənasiblik təşkil edib. İyul ayında bahalı mənzillərin qiymətində və sayında azalma müşahidə edilib. Portfel strukturunda və qiymətlərdə belə dəyişiklik, bazarda yaranmış yaz-yay fəslinə xas olan durğunluğun nəticəsidir.

Təklif portfelinin zonalar üzrə bölgüsündə II zonadan fərqli olaraq I və III zonalarda artma müşahidə edilib. Əhalinin əksər hissəsinin III zonaya maraq verdiyindən, bu zonanın təklif portfelində payının artmağı normal hesab etmək olar.

Mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib. Əgər ötən ilin iyul ayında kirayə mənzil bazarında orta qiymət 713 dollar/mənzil və ya 10,6 dollar/kv.m təşkil edirdisə, bu ilin müvafiq ayında qiymət 693 dollar/mənzil və ya 12,03 dollar/kv.m təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində 10,58% azalma, 1 kv.m sahənin kirayə qiymətində isə 0,67% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində azalma kirayə verilən evlərin sahəsinin az olması ilə izah edilir.

Zonalar

mart 2014

iyul 2014

artım, %

I zona

14,41

15,18

5,3

II zona

11,72

11,74

0,2

III zona

10,52

9,01

-14,4

IV zona

5,70

5,72

0,4

Şəhər üzrə

11,95

12,03

0,7

Mənzillərin orta sahəsi də ay ərzində uyğun olaraq azalma müşahidə edilib və ya, “Elit” və “biznes” yaşayış mənzillərinin kirayə qiymətlərindən uyğun olaraq “elit” evlərin kirayə qiymətlərində və əqdlərin sayında da azalmalar müşahidə edilib.

Göründüyü kimi, ay ərzində “kütləvi” yaşayış mənzillərindən fərqli olaraq “biznes” və “elit” mənzillərin kirayə qiymətlərində ötən aya nisbətdə qiymətlərdə azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR