Bakıda "Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında" adlı sərgi açılıb

Bakıda "Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında" adlı sərgi açılıb
# 24 sentyabr 2014 17:29 (UTC +04:00)

APA-nın məlumatına görə, təqdim edilən sərgi 3 hissədən ibarətdir: "Şarakunun reproduksiyaları", "Şaraku qrafik incəsənətdə" və "Şarakuya ehtiram".

Sərginin açılışında Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xalq rəssamı Fərhad Xəlilov, xalq artisti Fərhad Bədəlbəyli və başqaları iştirak edib.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib ki, sərginin açılışı Azərbaycanın və Yaponiyanın qarışılıqlı mədəni əlaqələrinin davamıdır: "Bu sərgini açmaq bizim üçün çox xoşdur. Ola bilər, bu əsərlərin bəzilərini hardasa görmüsünüz, çünki onlar çox məşhurdurlar. İnanıram ki, Azərbaycan rəsm həvəskarları bu sərgiyə böyük maraq göstərəcəklər. Bu cür tədbirlər vasitəsi ilə Azərbaycan və Yaponiya mədəni əlaqələri daha da inkişaf edəcək".

Mədəniyyət və turizm nazirinin müavini S. Məmmədəliyeva qeyd edib ki, sərginin açılması növbəti mədəni əlaqələrin qurulmasına yeni təkan verəcək.

Qeyd edək ki, sərgidə Şarakunun davamçılarının sərbəst interpretasiyasında hazırlanmış 81 sayda poster, rəsm və iri ölçülü sənət əsərləri nümayiş olunur. Sərgi 28 yapon qrafik dizaynerin və 11 rəssamın, 200 il bundan əvvəl Edo şəhərində (indiki Tokio) fəaliyyət göstərən Şarakunun işləri üzərində keçirdiyi sınaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR