“Günay Bank” nizamnamə kapitalını kəskin artırır

“Günay Bank” nizamnamə kapitalını kəskin artırır
# 05 sentyabr 2014 13:33 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Günay Bank” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 4 783 manat, sayı 10 450 ədəd, emissiyanın ümumi həcmi isə 49 mln. 982,35 min manat təşkil edir.

Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yaxın vaxtlarda başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 2,78 dəfə artaraq 67 mln. 982,444 min manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR