Azərbaycanın dağ çaylarında ölçmə işlərinə başlanıb

Azərbaycanın dağ çaylarında ölçmə işlərinə başlanıb
# 04 avqust 2014 11:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Azərbaycanın dağ çaylarında yaz-yay gursululuq dövründə, eyni zamanda yay dövründə maksimal su sərflərini müəyyən etmək üçün ölçmə işlərinə başlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, daşqın və sel zamanı çaylardan keçən maksimal su sərflərini selin izinə əsasən müəyyən etmək üçün 4 istiqamətdə ekspedisiya təşkil olunub. Onun sözlərinə görə, ekspedisiyalardan biri Kiçik Qafqazda - Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Qazax, Tovuz, Goranboy, ikinci ekspedisiya Balakən-Şəki bölgəsində üçüncü ekspedisiya - Qəbələ, İsmayıllı, Şamaxı, sonuncusu isə - Quba, Qusar rayonlarında aparılacaq. Bu rayonların ərazisində axan çaylarda ölçü işləri həyata keçiriləcək. Ölçmə işləri zamanı ə çayların profilləri çıxarılacaq, onlar əsasında maksimal su sərfləri müəyyən olunacaq.

Ekspedisiyalar bu gündən başlanıb və 5 gün ərzində davam edəcək. Yekun nəticələr gələn həftəyə məlum olacaq və ictimaiyyətə açıqlanacaq. Ölçmə işləri zamanı çaylardakı Sel və daşqın zamanı keçən maksimal su sərfləri müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR