Türkiyənin təhsil naziri: “Ortaq tarix və ədəbiyyat kitablarının, ortaq televiziyanın yaradılması müzakirə edilir”

Türkiyənin təhsil naziri: “Ortaq tarix və ədəbiyyat kitablarının, ortaq televiziyanın yaradılması müzakirə edilir”
# 28 noyabr 2014 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Gələcəyimizin təminatı olan gənclər arasında ortaq düşüncələrin inkişafı vacibdir. Ümumi və tam orta təhsil sahəsində ortaqlıq, ortaq tarix və ədəbiyyat kitabları, ortaq televiziyanın yaradılması bu tədbirdə müzakirə ediləcək. Türk universitetlər birliyinin yaradılması tələbə və müəllim, diplomların tanınması nöqteyi-nəzərindən əhəmiyyətlidir”.

APA-nın xəbərinə görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxış edən Türkiyənin təhsil naziri Nəbi Avcı deyib. O bildirib ki, türkdilli ölkələr üçün inkişafın ən önəmli yolu təhsildə keyfiyyəti yüksəltməklə insan kapitalı yetişdirməkdir. Nazir qeyd edib ki, bu məqsədlə hazırlanacaq ortaq tarix, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamalarına, sağlam əlaqələr qurmasına yardım edəcək. Onun sözlərinə görə, bugünkü tədbirdə ortaq ədəbiyyat və tarix dərsliklərinin hazırlanması, ortaq terminlər və ortaq əlifbanın yaradılması istiqamətində müzakirə aparılması bu yolda önəmli işlərin aparıldığını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR