Azərbaycanda əmtəə bazarı bir ildə 10% artıb

Azərbaycanda əmtəə bazarı bir ildə 10% artıb
# 22 noyabr 2014 09:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% artaraq 17,5 mlrd. manata bərabər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 11,6%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,6%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,6%-i əmtəə bazarlarında satılıb.

Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2013-cü ilin yanvar-oktyabr aylarının səviyyəsini 9,6% üstələyib, bu bölmə üzrə real artımın 69,3%-i fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR