APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, özəl kiçik təyyarə qəza zamanı 2 evə və gimnaziyanın binasına çırpılıb.
Namizədliyi Sosialist partiyası tərəfindən irəli sürülmüş 49 yaşlı Eduardu Kampoş əvvələr Pernambuku əyalətinin qubernatoru olub. Onun evli, 5 övladı olduğu bildirilir.
Faciə ilə əlaqədar olaraq ölkədə 3 günlük matəm elan edilib. Braziliya prezidenti Dilma Russof 3 gün müddətinə bütün seçkiqabağı tədbirləri dayandırıb.
Məlumata görə, təyyarədə Kampoşdan başqa daha 6 nəfər – 2 pilot, jurnalist, fotoqraf və siyasətçinin şəxsi sürücüsü olub. Onların hamısı qəza nəticəsində həlak olub.
İlkin versiyaya görə, qəzaya səbəb hava şəraiti olub.
Braziliyada prezident seçkiləri oktyabrın 5-nə təyin olunub.