Qoşunların təmas xəttində yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb - VİDEO

Qoşunların təmas xəttində yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb - <span style="color: red;">VİDEO
# 28 iyul 2014 07:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb və yanğın gecə saatlarında söndürülüb. Yanğın neytral ərazidə baş verdiyi üçün nə qədər ərazini əhatə etdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, iyulun 27-də saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib. Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR