Bakıda 27 yaşlı kişi yük avtomobilinin altında qalaraq ölüb

 Bakıda 27 yaşlı kişi yük avtomobilinin altında qalaraq ölüb
# 13 sentyabr 2014 07:26 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 12-də Binəqədi rayonunun Hökməli kəndinin girişində qeydə alınıb. Bakı şəhər sakini Samir Seyidov idarə etdiyi «VAZ-2104» markalı avtomobillə 1987-ci il təvəllüdlü Rahib Ağayevi vurub. Nəticədə R.Ağayev Abşeron rayon sakini Ramil Məmmədovun idarə etdiyi «Kamaz» markalı yük avtomobilinin altına düşərək dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR