ARDNŞ neft hasilatını 1% artırıb

ARDNŞ neft hasilatını 1% artırıb
# 26 noyabr 2014 13:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 708,9 min ton neft hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,08% çoxdur. Ötən sentyabr ayı ilə müqayisədə isə ARDNŞ tərəfindən aparılan neft hasilatı 3,21% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında 741,6 min ton, apreldə 686,2 min ton, mayda 715,9 min, iyun ayında 687,4 min ton, iyul ayında 709,7 min ton, avqust ayında isə 710,1 min ton, sentyabrda 686,8 min ton təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 7 013,7 min ton neft hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 1,00% çoxdur.

Ümumilikdə oktyabr ayında ölkə üzrə 3 590 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,65% azdır.

Bu ilin yanvar ayında ölkə üzrə 3 639,2 min ton, fevralda 3 622,5 min ton, mart ayında 3 622,5 min ton, apreldə 3 632,5 min ton, mayda 3 707,8 min ton, iyun ayında 3 483,9 min ton, iyul ayında isə 3 708,2 min ton, avqust ayında isə 3 644.2 min ton, sentyabr ayında isə 3 469 min ton neft hasil edilib.

Ümumilikdə bu ilin yanvar-oktyabr aylarında 36 119,8 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 10 ayı ilə müqayisədə 0,90% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR