Azərbaycan Beynəlxalq Bankı aktivlərini 22% artırıb

Azərbaycan Beynəlxalq Bankı aktivlərini 22% artırıb
# 24 oktyabr 2014 09:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin III rübündə Azərbaycan Beynəlxalq Bankının aktivlərinin həcmi 8,391 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,93% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 24,64% artaraq 6,062 mlrd. manata olub. Hesabat dövründə fiziki şəxslərə verilən kreditlərinin həcmi 18,32% artaraq 639,340 mln. manat təşkil edib ki, bu da kredit portfelinin 10,55%-nə bərabərdir.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayında bankın depozit portfeli 16,53% artaraq 3,416 mlrd. manata çatıb, əhalinin əmanətləri 4,93% artaraq 1,601 mlrd. manata bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 27,57% artaraq 986,808 mln. manata çatıb. Hesabat dövründə nizamnamə kapitalının həcmi 568,333 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 54,30% artım deməkdir.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 55,01% artaraq 438,749 mln. manat, xərcləri isə 20,09% artaraq 247,821 mln. manata çatıb.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 44 mln. 671 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 35 filialı, 734 bankomatı, 8 445 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR