Keçmiş arvadını boğaraq öldürən şəxsin məhkəməsi başlayıb

Keçmiş arvadını boğaraq öldürən şəxsin məhkəməsi başlayıb
# 30 oktyabr 2014 11:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını boğaraq öldürən Emin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadı, Zəngilan rayon sakini Şəhanə Nağıyevanı namaz qıldığı yerdə elektrik naqili ilə boğaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR