ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb - <span style="color: red;">FOTO
# 10 dekabr 2014 12:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

APA-nın məlumatına görə, müqavilənin məqsədi ATİB-in dəstəyi ilə universitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.

Tədbirdə çıxış edən ADİU-nin rektoru Ədalət Muradov bildirib ki, ali təhsil müəssisəsinin qarşısında duran hədəflərdən biri məhz savadlı və təcrübəli mütəxəssislər hazırlamaqdır və bu istiqamətdə ölkədə fəaliyyət göstərən şirkət və qurumların, o cümlədən ATİB-in daim dəstəyinə ehtiyac var.

ATİB İdarə Heyətinin sədri Cemal Yangın çıxışı zamanı qeyd edib ki, mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsi cəmiyyətin, o cümlədən iş adamlarının qarşısında duran əsas vəzifələrdən biridir.


Sonra ADİU ilə ATİB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanması keçirilib. Sənədə əsasən, tələbələrin ATİB şirkətlərində təcrübə keçməsi və peşəkar bacarıqlara yiyələnməsi üçün hərtərəfli şərait yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR