Tovuzda daha bir evdə partlayış olub, bir nəfər ağır xəsarət alıb - VİDEO

Tovuzda daha bir evdə partlayış olub, bir nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 16 dekabr 2014 06:45 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda yenidən yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Kənd sakini, 1989-cu il təvəllüdlü Ceyran Əmiraslanova yaşadığı evdə qaz partlaması nəticəsində 3-сü dərəcəli yanıq diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğuna görə qadın daha sonra Bakıya ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu, son bir həftə ərzində Tovuz rayonunda baş vermiş 3-cü qaz partlaması hadisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR