NATO-nun mənzil-qərargahında “Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar keçirilib - FOTO

NATO-nun mənzil-qərargahında “Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTO
# 06 may 2014 15:04 (UTC +04:00)

Bakı – APA. Mayın 5-də NATO Beynəlxalq Qərargahında Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar və foto-sərgi keçirilib. Tədbir zamanı Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən hazırlanmış, Azərbaycanın NATO ilə əməkdaşlığının 20 illiyinə həsr olunmuş jurnalın təqdimatı olub.

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, seminarda Avropa Siyasi Mərkəzinin proqram icraçısı və siyasi təhlilçisi xanım Amanda Paul və Bakı Dövlət Universitetinin Diplomatiya və Müasir İnteqrasiya Prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli çıxışçı kimi iştirak edib.

Seminarda çıxış edən nümayəndəliyin əməkdaşları və ekspertlər Azərbaycanın NATO ilə münasibətlərdə sadiq tərəfdaş olduğunu və əməkdaşlığın strateji və praktiki səviyyədə inkişaf etdiyini bildiriblər.

Seminarda NATO Beynəlxalq Katibliyi, Hərbi Katibliyi, üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR