"Koroğlu" MMC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı barəsində olan hökm dəyişdirilib

"Koroğlu" MMC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı barəsində olan hökm dəyişdirilib
# 18 iyul 2013 11:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Koroğlu" MMC-nin əməkdaşı Salaməli Allahverdiyevin barəsində olan hökmdən Bakı şəhər Prokurorluğunun verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, S.Allahverdiyev barəsində olan hökm ləğv edilib. Məhkəmə onun barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 2 il sınaq müddəti təyin edilməklə S.Allahverdiyevin cəzası şərti hesab olunub.

Qeyd edək ki, Salaməli Allahverdiyev uzun müddət Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olub. O, 2010-cu il fevralın 6-da tutulub. Salaməli Allahverdiyev "Koroğlu" MMC-nin sabiq əməkdaşıdır. O, çalışdığı şirkətdən külli miqdarda pul mənimsəməkdə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsi Salaməli Allahverdiyevin cinayətini sübuta yetirməyib və onun barəsində bəraət hökmü çıxarıb. Bundan narazı qalan prokurorluq isə apellyasiya protesti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR