Suriya bütün kimyəvi silah obyektlərində mühüm avadanlıqların məhv edilməsi prosesini yekunlaşdırıb

Suriya bütün kimyəvi silah obyektlərində mühüm avadanlıqların məhv edilməsi prosesini yekunlaşdırıb
# 01 noyabr 2013 07:21 (UTC +04:00)

Bakı - APA. BMT-nin və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının birgə missiyası Suriya hökumətinin adını açıqladığı bütün kimyəvi silah istehsalı obyektlərində mühüm avadanlıqların məhv edildiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, missiyanın fəaliyyətinin yekunlarını Nyu-Yorkda Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının baş direktoru Əhməd Üzümçü açıqlayıb.

Bununla da Suriya təşkilatın müəyyənləşdirdiyi müddət ərzində beynəlxalq tələbləri yerinə yetirib. Birgə missiya Suriyanın açıqladığı 23 obyektdən 21-ni, 41 avadanlıqlar sistemindən isə 39-nu yoxlayıb. Müfəttişlər sırf təhlükəsizlik səbəbində iki obyektə baş çəkməyib. Birgə missiya yoxlamaların nəticəsindən razı qaldığını bəyan edib.

Noyabrın 15-də Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının İcraçı Şurası Suriyanın təqdim etdiyi bütün kimyəvi silah ehtiyatlarının məhv edilməsi planını təsdiqləyəcək. Gələn il iyunun 30-dək Suriyanın bütün kimyəvi silah ehtiyatları və avadanlıqları məhv edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR