Emin Bakıda konsert proqramı ilə çıxış edəcək

Emin Bakıda konsert proqramı ilə çıxış edəcək
# 08 iyul 2013 14:04 (UTC +04:00)

Bakı – APA. İyulun 11-də Bakıdakı Yaşıl Teatrda müğənni-bəstəkar Eminin ənənəvi illik konserti keçiriləcək. APA-nın xəbərinə görə, Emin bildirib ki, onun yeni mahnılarını ilk eşidənlər məhz bakılı tamaşaçılar olacaq: “Ümid edirəm ki, bu il bakılılarda xoş təəssürat oyada biləcəyəm”.

Qeyd edək ki, yeni albomdan “Amor” adlı ilk sinqlın və eyni adlı klipin təqdimatı mayın 29-da Moskvada “Rose Bar”ın açılışında olub. Çəkilişlər Los-Ancelesdə 2012-ci ilin dünya gözəli Oliviya Kulponun (Miss Universe 2012 Olivia Culpo) iştirakı ilə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR