Aran bölgəsinin bir neçə rayonuna təbii qazın verilişi dayandırılıb

Aran bölgəsinin bir neçə rayonuna təbii qazın verilişi dayandırılıb
# 09 iyul 2013 17:27 (UTC +04:00)

Ucar. Zahid Abışov–APA. Bu gün günorta saatlarından aran bölgəsinin bir neçə rayonuna təbii qazın verilişi dayandırılıb. APA-nın yerli bürosunun Ucar qaz istismar idarəsinin baş mühəndisi Vüqar Zamanovdan aldığı məlumata görə, bu gündən etibarən Ucar, Zərdab və Göyçay rayonlarına təbii qazın verilişi tamamilə dayandırılıb. Buna səbəb 1200 diametrlik yüksək təzyiqli Hacıqabul – Qazax qaz borusunda aparılan təmir işləridir. V.Zamanovun sözlərinə görə, təmir işləri təxminən 2–3 günə başa çatacaq, bundan sonra adı çəkilən rayonlara təbii qazın verilişi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR