Qaxda 4 gün əvvəl qayadan yıxılaraq ölən şəxsin meyiti ərazidən çıxarılıb - VİDEO

Qaxda 4 gün əvvəl qayadan yıxılaraq ölən şəxsin meyiti ərazidən çıxarılıb - <span style="color: red;">VİDEO
# 21 yanvar 2014 10:08 (UTC +04:00)

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Babayev Bədrəddin Novruz oğlunun meyiti gecə saatlarında çıxarılaraq kəndə gətirilib.

Qeyd edək ki, rayonun Ağçay kənd sakini Babayev Bədrəddin Novruz oğlu yanvarın 17-də evdən çıxıb, bir daha geri qayıtmayıb.

Qax rayon Polis Şöbəsindən bildirilib ki, B. Babayevin yanvarın 17-də evdən çıxıb və geri dönməyib. Onun həmin gün ov məqsədilə getdiyi İlisu kəndində yanvarın 17-də qayadan yıxılaraq öldüyü məlum olub.

Meyitinin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri və helikopteri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR