Neft Daşlarında fəhlə dənizə düşərək boğulub

Neft Daşlarında fəhlə dənizə düşərək boğulub
# 02 dekabr 2013 15:53 (UTC +04:00)

Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neft Daşlarının Günəşli yatağında qeydə alınıb. ARDNŞ-in “Neftqaztikinti” Trestində quraşdırıcı işləyən, 1980-ci il təvəllüdlü İqor Xvatov iş görən zaman dənizə düşüb. Nəticədə o boğularaq ölüb.

Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ARDNŞ-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dekabrın 2-də “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin “Günəşli” yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb.

Mərhumun meyiti dənizdən çıxarılaraq sahilə yola salınıb.

Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR