Balakəndə məhsul bayramı keçirilib - VİDEO

Balakəndə məhsul bayramı keçirilib - <span style="color: red;">VİDEO
# 02 noyabr 2013 16:10 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə məhsul bayramı keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş bayram tədbirində rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun digər rəhbər şəxsləri, rayon ictimaiyyəti, yerli fermer və sahibkarlar iştirak edib.

Bayram tədbirində vurğulanıb ki, Balakən rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Burada bostan-tərəvəz, meyvəçilik, heyvandarlıq, taxılçılıq xüsusi yer tutur. Son illər rayon fermerləri qarğıdalı istehsalına xüsusi diqqət yetirir. Belə ki, ötən il rayonun tarixində rekord miqdarda - 41 min ton məhsul əldə edilib. Rayonda ikinci dəfə təşkil edilən məhsul bolluğu bayramının keçirilməsinin başlıca məqsədi yerli istehsalçıların əməyini qiymətləndirməkdir.

Məhsul bayramında rayonun bütün kənd və qəsəbələrini təmsil edən fermer və sahibkarlar istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, yerli və xarici bazarlara çıxmağın yolları müzakirə ediliblər. Məhsul bayramında yerli istehsalçıların qarğıdalı və buğda unundan hazırlanmış xüsusi tort kəsilərək tədbir iştirakçılarına paylanılıb. Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR