Kür çayında suyun səviyyəsində azalma müşahidə edilib

Kür çayında suyun səviyyəsində azalma müşahidə edilib
# 30 iyun 2014 15:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 60 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, iyunun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla ongünlük normanın 27 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 83 m3/s və ongünlük normanın 21 faizini təşkil edib.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 113 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

İyunun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 6, Bankədə isə 18 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 296 sm, Şirvanda 141 sm, Salyanda 80 sm, Bankədə 231 sm, Araz çayının Novruzlu məntəqəsində isə 35 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR