“Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat ala bilməyən şirkətlərin adları açıqlanıb

“Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat ala bilməyən şirkətlərin adları açıqlanıb
# 10 aprel 2014 12:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən, ancaq bu mərhələdə sertifikat ala bilməyən 5 şirkətin adları açıqlanıb.

APA-nın verdiyi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, “Orxan SS”, “Ovçular”, “Qafqaz”, “Avrora” və “Siyəzən” müəssisələri “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalına hələ hazır deyil.

F.Talıblı deyib ki, bu müəssisələrə standartın tələblərinin yerinə yetirilməsi üçün müəyyən şərtlər və tələblər verilib: “İradlar və təkliflər təqdim edilib, həmin şirkətlər bu standartın tələblərinə uyğun işlər görməlidirlər. Bu işlər görülüb başa çatdıqdan sonra həmin şirkətlər də müvafiq sertifikat ala biləcəklər. Ümumiyyətlə, İSO 22000 beynəlxalq standartı tətbiq edilməyən müəssisələr bu problemlə üzləşiblər”.

F.Talıblı müvafiq sertifikat verilən “Hakan Foods FF Co. LTD”, “Səhliyalı” kiçik müəssisəsi, “M T LTD” firması və “Zəhmət Ruzi” MMC-də 3 aydan bir yoxlamalar aparılacaq, standartın tələblərinə uyğun məhsul istehsalına nəzarət ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR