DSMF: Azərbaycanda bütün növ əmək pensiyaları inflyasiyaya uyğun indeksləşdirilib - VİDEO

DSMF: Azərbaycanda bütün növ əmək pensiyaları inflyasiyaya uyğun indeksləşdirilib - <span style="color: red;">VİDEO
# 04 fevral 2014 09:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2014-cü il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsini indeksləşdirib. Bu, dövlət başçısının imzaladığı «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» sərəncamına əsasən həyata keçirilib. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Elman Mehdiyev bildirib.


E.Mehdiyevin sözlərinə görə, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur: «Bu, bazar iqtisadiyyatı şəraitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin edir. Bununla da inflyasiyaya uyğun indeksləşmənin aparılmasına başlanılıb».


Fondun sədri əlavə edib ki, 2013-cü ildə istehlak qiymətlərinin 2,4% bahalaşması qeydə alınıb.

«Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,8 mln. manat, il ərzində isə 21, 6 mln. manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb», - deyə E.Mehdiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR