Bakı Fond Birjasının dövriyyəsi 18% azalıb

Bakı Fond Birjasının dövriyyəsi 18% azalıb
# 10 dekabr 2013 09:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 7,041 mlrd. manat təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 18,4% azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 41,0% artaraq 1 076,0 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,9 dəfə artaraq 109,2 mln. manat, təkrar bazarın həcmi isə 73,3% artaraq 564,9 mln. manat təşkil edib. Yanvar-noyabr aylarında səhmlərin ilkin bazarı 0,6% azalıb, təkrar bazarı isə 38,5% artıb.

Bu ilin 11 ayında BFB-nin dövriyyəsinin mənfi dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də repo əməliyyatları və notlar bazarı səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının ilkin bazarının həcmi 2012-ci ilin analoji dövrünə nisbətən 2,9 dəfə, notların təkrar bazarı isə 3,1 dəfə azalıb. Eyni zamanda, hesabat dövründə repo əməliyyatları 18,8% azalaraq 5,522 mln. manat təşkil edib.

Yanvar-noyabr aylarında dövlət istiqrazlarının (Dİ) ilkin bazarı 10,0% azalaraq 88,7 mln. manat, təkrar bazarı isə 45,2% artaraq 30,5 mln. manat təşkil edib. Ümumiyyətlə, hesabat dövründə DQK bazarı hesabat dövründə 24,2% azalaraq 5,965 mlrd. manat olub.

BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

Yanvar-noyabr 2013

Yanvar-noyabr 2012

Nisbət, %

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN) (yerləşdirmə)

88 647 421.58

46

98 537 112.31

56

-10.00%

Dİ (AMN)

(təkrar bazar)

30 535 228.09

12

21 029 020.89

19

+45.2%

Notlar (AMB)

(yerləşdirmə)

279 845 254.59

100

811 733 044.92

209

-2.9 dəfə

Notlar (AMB)

(təkrar bazar)

43 955 612.02

4

138 209 486.82

26

-3.1 dəfə

Repo əməliyyatları

5 522 177 626.66

503

6 798 310 399.70

938

-18.8%

DQK bazarı cəmi

5 965 161 142.94

665

7 867 819 064.64

1 248

-24.2%

Korporativ istiqrazlar (yerləşdirmə)

109 180 822.74

80

37 635 335.00

73

+2.9 dəfə

Korporativ istiqrazlar

(təkrar bazar)

564 904 018.96

175

325 946 685.47

114

+73.3%

Səhmlər

(yerləşdirmə)

385 204 033.69

319

387 479 137.24

227

-0.6%

Səhmlər

(təkrar bazar)

16 747 181.43

3 162

12 092 680.40

3 084

+38.5%

KQK bazarı cəmi

1 076 036 056.82

3 736

763 153 838.11

3 498

+41.0%

Cəmi

7 041 197 199.76

4 401

8 630 972 902.75

4 746

+18.4%

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR