Bu il paytaxt məktəblilərinin qəbul imtahanlarında topladıqları orta bal artıb

Bu il paytaxt məktəblilərinin qəbul imtahanlarında topladıqları orta bal artıb
# 11 sentyabr 2013 07:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi ötən illə müqayisədə artıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən xəbərə görə, 2013-cü ildə 20250 nəfəri tam orta təhsil haqqında attestat alıb, attestat alanlardan 16 min 807 nəfəri ali məktəblərə sənəd verib və onlardan 9250 nəfəri, yəni imtahanlarda iştirak edənlərin 56,64 %-i qəbul olunublar. 2006-cı ildə isə bu rəqəm 34,79% idi. 2013-cü ildə qəbul faizi 2006-cı ilə nisbətən 21,75 faiz artıb. Məzunların orta balı 2013-cü ildə qəbul imtahanlarında topladıqları orta bal 244,737-ə bərabər olub. Ötən illə müqayisədə artım 5,83 bal, 2006 - cı illə müqayisədə 12,2 bal artıb.

Bu il tam orta təhsil üzrə məzunlar Ana dili və Riyaziyyat fənninə uyğun olaraq 91,74 və 91,9 faizi müsbət qiymət alıblar. Lakin bu nəticə IX sinfi bitirənlər üçün iki fənnə müvafiq olaraq 81,31 və 81, 91 faizə bərabər olub.

Bakı üzrə 2013-cü ildə təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 2 nəfər məzun maksimum 700 bal toplayıb. Bunlar 258 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd İsmayılov və 98 nömrəli tam orta məktəbin şagirdi Osman Müslümovdur. BŞTİ-nin tabeliyindəki məktəblərin məzunlarının 12 nəfəri son 5 ildə ali məktəblərə qəbul imtahanlarında maksimum 700 bal toplamaqla paytaxtın təhsil sisteminin uğurunu bir daha nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR