“Baku Fires” klubunun heyətində dəyişiklik edilib

“Baku Fires” klubunun heyətində dəyişiklik edilib
# 07 fevral 2014 09:40 (UTC +04:00)

Bakı – APA. Ümumdünya Boks Seriyası (WSB) Liqasında Polşanın “Hussars Poland” komandası ilə VIII turun döyüşünə çıxacaq Azərbaycanın “Baku Fires” klubunun heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu barədə jurnalistlərə “Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov bildirib.


O bildirib ki, Avropa və 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidovun fevralın 8-də baş tutacaq görüşə qatılmamağı qərara alınıb.

Talıbov buna səbəb kimi Məcidova ötən ilin oktyabrında Qazaxıstanda növbəti dünya çempionluğunu qazandıqdan sonra tanınmış boksçumuza istirahətin verilməsini göstərib: “Məcidovun zədəsi yoxdur, sadəcə ola bilsin, bu döyüşdə iştirak üçün emosiyaları çatışmadı. Amma qarşıdakı görüşlərdə onun xidmətlərindən yararlanacağıq”.

Qeyd edək ki, “Hussard Poland”la görüşdə +91 kq-da çəki dərəcəsində Məhəmmədrəsul Məcidovu Aslanbek Mahmudov əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR