Azərbaycanda 75 nəfər əlilliyi olan şəxs istirahət zonasına göndərilib

Azərbaycanda 75 nəfər əlilliyi olan şəxs istirahət zonasına göndərilib
# 02 iyun 2014 07:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla da son yarım ay ərzində istirahət mərkəzlərinə yola salınan əlilliyi olan şəxslərin sayı artıq 155 nəfərə çatıb.

Tədbir nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. İstirahət zamanı əlilliyi olan şəxslər üçün maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil edilir. Eyni zamanda, onlar fizioterapevtik müalicə prosedurlarına cəlb olunurlar.

Qeyd olunan Proqrama uyğun olaraq, bu il ərzində 1 062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə göndərilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR