Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 17 yanvar 2014 15:24 (UTC +04:00)

Bakı - APA. Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Elman Mehdiyev vurğulayıb ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. E.Mehdiyev vurğulayıb ki, bu faciənin qurbanlarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılıb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi barədə müxtəlif fərman və sərəncamlar verilib.

Daha sonra tədbirdə xalq artisti İlham Əsgərov və xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR