Bakı. Pərviz Nuriyev - APA-Economics. Mayın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,11% - 16 531 bəndədək, S&P 500 0,19% - 1 885 bəndədək, Nasdaq 0,34% - 4 148 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında mayın 5-də FTSE 100 indeksi dəyişməyərək 6 822 bənd təşkil etdiyi halda, Almaniya DAX-ı 0,37% - 9 521 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,1% - 4 479 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 309 dollara bərabər olub.