Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində 111090 uşaq tərbiyə alır

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində 111090 uşaq tərbiyə alır
# 26 dekabr 2013 12:50 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən xəbərə görə, hazırda respublikada 1677 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrindən 1637-si dövlət, 40 müəssisə isə özəldir. Bakı şəhərində 387 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Mövcud məktəbəqədər təhsil müəssisələrində 111090 uşaq tərbiyə alır və uşaqların məktəbəqədər təhsilə cəlbi 14,8% təşkil edir.

Məktəbəqədər təhsil müəssisələrində qrupların yaradılması və fəaliyyəti ilə bağlı standartlara gəlincə, bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” mövcuddur. Məktəbəqədər təhsil müəssisələrində uşaqların yaş səviyyəsinə uyğun olaraq qruplar müəyyən formada komplektləşdirilir. Belə ki, 1-2 yaş-15 uşaq, 2-3 yaş-15 uşaq, 3-4 yaş-20 uşaq, 4-5 yaş-20 uşaq, 5-6 yaş-20 uşaq nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR