Azərbaycanda hərbçilər qəzaya düşüb - VİDEO - YENİLƏNİB

Azərbaycanda hərbçilər qəzaya düşüb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 06 iyun 2014 08:23 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, qəza nəticəsində xəsarət alan, müddətdən artıq xidmət edən hərbi qulluqçu Əsgər Əliyevin xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəzanı törədən sürücü isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 10:32

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda hərbçilər yol qəzasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Xəzər Mobil oğlu Həsənovun idarə etdiyi “BMW” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə sürücü və maşında olan digər hərbçi Əsgər Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR