Bu gün Bakının Nərimanov rayonunda içməli su kəsiləcək

Bu gün Bakının Nərimanov rayonunda içməli su kəsiləcək
# 27 dekabr 2013 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhərinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsinin «APA-Economics»ə verdiyi məlumata görə, suyun verilməsində fasilələr rayonun Tofiq Bəhramov adına respublika stadionunun yaxınlığından keçən 500 mm diametrli magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR