Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb

Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb
# 08 aprel 2014 10:26 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Vyanada İranla “altılıq” ölkələri arasında mübhaisəli məsələlərin həlli məqsədilə növbəti nüvə müzakirələri başlayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, iki gün davam edəcək danışıqlar yekun razılaşmanın qaralamasının hazırlanması mərhələsinə daxil olacaq.

Müzakirələrdə əsasən üç məsələ ətrafında fikir mübadiləsi aparılacaq, ancaq onların nədən ibarət olduğu açıqlanmayıb. Lakin Ərak ağır su nüvə reaktoru, uranın zənginləşdirilməsinin səviyyəsi kimi məsələlər mübahisəli mövzular kimi qalmaqda davam edir. Danışıqlar İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında öz işinə başlayıb, daha sonra müavinlər səviyyəsində davam etdiriləcək.

Qeyd edək ki, ötən gün M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələrək ikigünlük danışıqların əsas mövzularını təyin ediblər. Bundan başqa, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı Rusiya və Çin nümayəndələri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR