AŞPA-nın həmməruzəçiləri hüquq müdafiəçiləri ilə görüşüblər

AŞPA-nın həmməruzəçiləri hüquq müdafiəçiləri ilə görüşüblər
# 19 may 2014 12:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda səfərdə olan AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Fon de Mora və Cozef Debono Qrex hüquq müdafiəçiləri ilə görüşüblər.

Bu barədə APA-ya məlumat verən hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Eldar Zeynalov, Rauf Mirqədirovun vəkili Fuad Ağayev, Turqut Qəmbər, Kərim Kərimli iştirak edib: “Görüş zamanı məhkəmə qərarlarından, sərbəst toplaşmaq məsələsindən, siyasi partiyalara yer verilməməsindən və digər məsələlərdən danışıldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR