Avropa Birliyi xüsusi bəyannamə qəbul edərək Şərqi Avropa ölkələrini Qərblə yaxınlaşmağa çağıracaq

Avropa Birliyi xüsusi bəyannamə qəbul edərək Şərqi Avropa ölkələrini Qərblə yaxınlaşmağa çağıracaq
# 26 noyabr 2013 12:42 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Gazeta Wyborcza” (Polşa) yazıb. Bəyanatın təşəbbüskarı Polşa hökumətidir.

Qəzet yazıb ki, Avropa Birliyi silahı yerə qoymur: “Litva paytaxtında Şərqi Avropa ölkələrini islahatlar aparmağa və Qərblə yaxınlaşmağa çağıran Vilnüs Bəyannaməsi qəbul olunacaq. Sənəddə birbaşa olmasa da, Rusiya öz qonşularının daxili işlərinə müdaxilədən çəkinməyə çağırılacaq”.

Polşa prezidenti Bronislav Komorovski isə Ukraynanın Avropaya inteqrasiyasının davam edəcəyini deyib: “Mən Ukrayna hökumətinin assosiasiya sazişini imzalamağı dayandırmaq qərarından təəccübləndim. Hələ hər şey itirilməyib. Ukrayna Avropaya yaxınlaşıb və daha da yaxınlaşacaq, çünki ukraynalılar belə istəyir”.

B. Komorovski hələlik bu döyüşdə AB-nin demokratik siyasətinin Rusiyanın imperiya siyasətinə məğlub olduğunu söyləyərək bildirib ki, AB bundan lazımi nəticələr çıxarmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR