Azərbaycanın İtaliyadakı səfiri İtaliya Senatının Avropa Birliyi siyasəti üzrə komissiyasının sədri ilə görüşüb

Azərbaycanın İtaliyadakı səfiri İtaliya Senatının Avropa Birliyi siyasəti üzrə komissiyasının sədri ilə görüşüb
# 12 dekabr 2013 12:18 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov İtaliya Senatının Avropa Birliyi (AB) siyasəti üzrə daimi komissiyasının sədri Vanino Kiti ilə görüşüb.

APA-nın İtaliya mətbuatına istinadən xəbərinə görə, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Cənubi Qafqazda geopolitik vəziyyət, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycan-AB və Azərbaycan-İtaliya münasibətləri, TAP layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

V.Sadıxov Azərbaycan parlamentinin Azərbaycana səfər etmək barədə dəvətini V.Kitiyə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR