Azərbaycanda ilk dəfə hind toyuqları kompleksi yaradılır

Azərbaycanda ilk dəfə hind toyuqları kompleksi yaradılır
# 08 yanvar 2014 13:05 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölkədə ərzaq bolluğunun yaradılması barədə Dövlət Proqramından irəli gələn məsələlərin həlli məqsədilə İsraildən gələn bir qrup iş adamı bu gün Şəkidə rayon rəhbərliyi və müvafiq təşkilatların nümayəndələri ilə görüşərək, Azərbaycanda ilk dəfə Şəki rayonunda hind toyuqları kompleksinin yaradılması layihəsini müzakirə ediblər.

Görüşdə bildirilib ki, Şəkidə sənaye quşçuluq sahəsinin inkişaf etdirilməsi üçün çox böyük ehtiyat mənbələri var. Müzakirələr zamanı qeyd edilib ki, ölkədə ilk dəfə yaradılması nəzərdə tutulan bu kompleks nəticəsində illik gücü 5 min tondan artıq olan hind toyuğu əti istehsal olunacaq. Belə ki, Şəki, eləcə də bölgə əhalisinin quş əti və yumurtaya olan tələbatını ödəmək üçün sənaye quşçuluğunun inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılmasına rəvac verəcək. Sənaye kompleksinin yaradılması xüsusən bölgədə fəaliyyət göstərən fermerlərə imkan yaradacaq ki, onlar istehsal etdikləri dənli bitkiləri, taxıl, arpa və qarğıdalını bu müəssisəyə satmaqla öz maddi imkanlarını genişləndirsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR